"Partizani"nin müdafiəçi Azərbaycan klubuna keçə bilər

14:49 - 20 İyun 2024

"Sumqayıt" heyətini gücləndirməyə çalışır.

Sportal.az saytına verilən məlumata görə, “kimyaçılar” albaniyalı müdafiəçi ilə maraqlanır.

Söhbət “Partizani”nin 26 müdafiəçisi Elion Sotadan gedir. Onun hazırkı klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq.

Sota "Apoloni"nin yetirməsidir və 2021-ci ildə “Partizani”yə keçib. "Sumqayıt" isə yeni sezon üçün müdafiə xəttini Sota ilə gücləndirmək niyyətindədir.
 

Xəbər xətti