Messinin oğlu onunla eyni komandada oynamaq istəyir 

15:17 - 20 İyun 2024

Argentina millsinin və “İnter Mayami”nin kapitanı Lionel Messinin böyük oğlu Tyaqo Messi "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalla eyni komandada oynamaq istədiyini deyib. 

Sportal.az xəbər verir ki, “Forbes”ə danışan 2009-cu il təvəllüdlü gələcəkdə Argentina və İspaniya arasında seçim edərsə, hansı yığmaya üstünlük verəcəyini açıqlayıb:

"Mən Laminlə, həmçinin “İnter Mayami”nin gənclər komandasındakı komanda yoldaşım, Luis Suaresin oğlu Benjamin Suareslə birlikdə oynamaq istəyərdim. Milli məsələsinə gəldikdə, təbii ki, Argentina yığmasında oynamaq haqda düşünürəm. Düşünmürəm ki, İspaniya millisi məni inandıra bilsin".
 

Xəbər xətti