AFFA millimizin sabiq forvardını cəzalandırdı

12:34 - 20 İyun 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:

Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 29.09.1976-cı il təvəllüdlü Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılsın. Sınaq müddəti 24 ay təyin edilsin (maddə 105, 32).

Əlavə edək ki, Xaqani Məmmədov Azərbaycan millisinin sabiq forvardıdır.

Xəbər xətti