Xorvatiya millisinin sabiq üzvü İvan Rakitiç vətəninə qayıtmağa hazırlaşır.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, "Hayduk" (Split) təcrübəli futbolçunu heyətinə qatmaq niyyətindədir.
Split klubunun yeni təyin edilmiş baş məşqçisi Cennaro Qattuzo Rakitiçin transfer edilməsini rəhbərlikdən istəyib.
"Əl-Şabab"la müqaviləsi 2025-ci il iyunun sonuna qədər davam edəcək xorvatın orada qalmaq istəmədiyi bildirilir.
Qeyd edək ki, Rakitiç "Bazel”, “Şalke”, “Sevilya” və “Barselona”da oynayıb.
saytlarin hazirlanmasi