Ekvador millisinin baş məşqçisi istefaya göndərilib.
Sportal.az xəbər verir ki, Ekvador Futbol Federasiyası Amerika kubokunun 1/4 finalında Argentinaya uduzduqdan sonra Feliks Sançeslə yola davam etmək istəməyiblər.
Onunla yollar artıq ayrılıb.
48 yaşlı ispaniyalı məşqçi 2023-cü il mart ayından Ekvador millisini çalışdırırdı.
Qeyd edək ki, Feliks daha çox 2017-2022-ci illərdə Qətər millisinə rəhbərlik etməyi ilə diqqət çəkmişdi.
saytlarin hazirlanmasi