Braziliya millisinin forvardı: "Çempion olmaq istəyirdik"

18:46 - 7 İyul 2024

Braziliya millisinin hücumçusu Endrik Amerika kubokunun 1/4 finalında Uruqvaya məğlubiyyəti (0:0, penaltilərdə 2:4) şərh edib. 

Sportal.az xəbər verir ki, gənc hücumçu komandasının Amerika kubokunda irəliləyə bilməməsinə açıqlama gətirib.

Braziliya yığmasının 17 yaşlı forvardı uğursuzluğa baxmayaraq fanatların dəstəyinə inandığını dilə gətirib:

"Biz çempion olmaq istəyirdik. Amma təəssüf ki, alınmadı. Buna baxmayaraq, işləməyə və dünya çempionatına hazırlaşmağa davam edəcəyik. Hazırda çox çətin olduğunu bilirəm. Amma ümid edirəm ki, bütün braziliyalıların dəstəyini alacağıq".

Qeyd edək ki, yer aldığı D qrupunda Kolumbiyanın ardından 5 xalla ikinci kimi çıxan Braziliya ¼ finalda Uruqvay səddini keçə bilməyib.

17 yaşlı hücumçu 2023-cü ildən Braziliyanın əsas millisində oynayır. O, 9 matçda 3 qol vurmağı bacarıb. "Palmeyras"ın forvardı iyulun 21-dən "Real"ın (Madrid) futbolçusu olacaq.

Xəbər xətti