AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
Sportal.az xəbər verir ki, toplantı 2 gün sonra - iyulun 12-də federasiyanın inzibati binasında baş tutacaq.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;
5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi;
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;
7. Digər məsələlər.
saytlarin hazirlanmasi