Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçiriləcək. Federasiyanın qərargahında təşkil olunacaq iclasda bir neçə məsələ müzakirəyə çıxarılacaq. Onlardan biri də AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsidir.
Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, Klublar Komitəsi (KK) Rövşən Nəcəfə şifahi müraciət ünvanlayıb. Komitə AFFA prezidentindən yardım paketinin ümumi miqdarına yenidən baxılmasını xahiş edib. KK təmsilçilərinin fikrincə, 2 il öncə müəyyənləşdirilən dotasiyanın məbləği bugünlə ayaqlaşmır, çunki sosial-iqtisadi həyatda artan qiymətlər fonunda dəyər itirib, digər tərəfdən isə vergilər qalxıb. Ümumiyyətlə, Klubla Komitəsi bu qənaətdədir ki, ianə artırılmalı və çempionatın hər 3 qolunu - Premyer Liqa, I Liqa və II Liqanı əhatə etməlidir. Rövşən Nəcəfin reaksiyası? Federasiya başçısı bu problemin həllinin ondan asılı olmadığını isbatlamağa çalışır.
O, yaxın çevrəsiylə söhbətlərdə bildirib ki, dotasiyaya əlavələrin edilməsi İqtisadiyyat Nazirliyinin səlahiyyətlərindədir. Yəni ki, eyni zamanda SOCAR-ın Müşahidə Şurasının sədri postunu da tutan nazir Mikayıl Cabbarov necə istəsə, proses də həmin istiqamətdə tənzimlənəcək. Yardım paketi ilə bağlı xatırlatma: Premyer Liqa mənsubları illik olaraq 3 milyon manat alır. Birinci Liqa iştirakçıları 300 min manatla kifayətlənirsə, II Liqada qüvvəsini sınayan komandalara çatan məbləğ 50 min manatdır.
saytlarin hazirlanmasi