Danimarka millisinin qapıçısı Kasper Şmeyxel karyerasını Şotlandiyada davam etdirəcək.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, təcrübəli qolkiper “Seltik”ə keçəcək.
Şotlandiya nəhəngi hazırda bütün detallarda bu komanda ilə razılıq əldə edib. Şmeyxel 2025-ci il iyunun 30-na qədər müqavilə imzalayacaq.
Ötən mövsüm Şmeyxel Belçikada “Anderlext”in qapısını qoruyub.
37 yaşlı qolkiper "Mançester Siti", "Kardiff", "Lids", "Lester", "Nitsa" komandalarında da çıxış edib.
saytlarin hazirlanmasi