Argentina millisinin və “Sevilya”nın sabiq futbolçusu Erik Lamela özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçiyə AEK-dən təklif gəlib.
Artıq futbolçu Afina klubuna müsbət cavab verib.
Lamela yeni komandasına azad agent kimi keçəcək.
Argentinalı futbolçu “River Pleyt”, “Roma”, “Tottenhem”də oynadıqdan sonra 2021-ci ildə “Sevilya”ya keçmişdi.