Azərbaycan yığması ikinci dəfə divizionun qalibi oldu

09:30 - 15 İyul 2024

Azərbaycan millisi Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının "C" divizionunda final oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv həlledici görüşdə Kiprlə qarşılaşıb.

Yığma komandamız rəqibini 69:52 hesabı ilə məğlub edib və ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Xatırladaq ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən U-16 yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62.

Xəbər xətti