Belçika millisinin qolkiperi Kun Kastels Səudiyyə Ərəbistanına yollanıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı bu ölkənin “Əl-Qadisiya” klubunda oynayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, ərəb klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kastels 9 il formasını geyindiyi “Volfsburq”la müqavilə müddəti bitdiyi üçün yeni klubuna azad agent kimi keçib.
Kastels buna qədər “Hoffenhaym”, “Verder”, “Genk” klublarında çıxış edib.