Ötən mövsümü Türkiyənin “Tuzlaspor” klubunda keçirmiş Şahin Balijani karyerasını Azərbaycanda davam etdirəcək.
Sportal.az saytına verilən məlumata görə, İran vətəndaşı olan forvard Birinci Liqada mübarizə aparan “Baku Sportinq”lə anlaşıb.
O, Birinci Liqaya yeni yüksələn klubla bir illik müqavilə imzalayıb.
Ərdəbildə dünyaya forvard “Malavan”, “Xəzər”(Bakı”, “Sabah”, “Keşlə”(indiki “Şamaxı”), “Şahin”, “Mes Novin”, “Golreyhan”, “Havadar”, “Navad Urmiya”(hamısı İran) komandalarında oynayıb.