Azərbaycanda futbol klubunun rəhbəri faciəvi şəkildə dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, Azərbaycan II liqa təmsilçilərindən "Ağdaş" klubunun rəhbəri Rəhman Əliyev suda boğularaq ölüb.
O, gecə saat 2 radələrində rayon ərazisindən keçən su kanalında dostu ilə birlikdə boğulub.
"Ağdaş" klubunun rəhbəri evli idi, 3 övladı var.
saytlarin hazirlanmasi