AEK-in 35 yaşlı futbolçusu Domaqoy Vida Xorvatiya millisindəki çıxışını yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.
AVRO-2024-də də Xorvatiya millisinin heyətinə cəlb edilmiş Vida meydana çıxmamışdı.
2011-ci il millidə debüt etmiş Vida 105 oyun keçirib və 4 qol vurmuşdu.
35 yaşlı futbolçu "Osiyek", "Bayer"(Leverkuzen), "Dinamo"(Zaqreb), "Dinamo"(Kiyev), "Beşiktaş" komandalarında oynadıqdan sonra 2022-ci ildə AEK-ə keçmişdi.
saytlarin hazirlanmasi