Priştinada (Kosovo) basketbol üzrə qızlar arasında C divizionunun (U-18) Avropa çempionatı keçirilir.
Sportal.az xəbər verir ki, B qrupunun üçüncü turunda Azərbaycan yığması Ermənistanla qarşılaşacaq.
Oyun saat 16:30-da başlayacaq.
Bundan əvvəl Azərbaycan Albaniya (72:53) və Gürcüstana (74:68) qalib gələrək yarımfinala yüksəlib.