Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 7 idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə start verəcək.
Saat 10:00 - kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.
Saat 11:30 - akademik avarçəkmədə Diana Dımçenko 1/4 finalda yarışacaq. Saat 12:00 - Cüdoçu Zelim Tçkayev (81) 1/16 final oyununa çıxacaq.
Saat 13:00 - Üzgüçü Ramin Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq.
17:30 - Bokçsumuz Nicat Hüseynov (51 kq) və 18:18-də Murad Allahverdiyev (80 kq) yarışa qoşulacaq.
Nicat 1/16 finalda Dominikan idmançısı Junior Alkantara Reyeslə, Murad isə Misirdən olan Abdelrahman Abdelcavvadla üz-üzə gələcək.
Saat 20:24 - sıralama turunda 647 xalla 39-cu yeri tutan kamandan oxatan Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək.
Saat 23:00 - qadınlardan ibarət 3x3 basketbol millimiz ilk mərhələdə İspaniya yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, Hidayət Heydərov (73 kq) Olimpiya çempionu olub.
saytlarin hazirlanmasi