Paris-2024:Azərbaycan idmançıları üçün günün proqramı

10:43 - 31 İyul 2024

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan bu gün 4 fərdi idmançı və 3x3 basketbol komandası ilə təmsil olunacaq.

12:20 - Cüdoçu Elcan Hacıyev (90 kq) Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşacaq.

12:24 - Akademik avarçəkmədə təmsilçimiz Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq. 12:45 - Dünən təxirə salınan triatlon yarışlarında idmançımız Rostislav Pevtsovun çıxışları baş tutacaq. 18:30 - Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.

23:30 - Qadınlardan ibarət 3x3 basketbol komandamız ABŞ seçməsi ilə üz-üzə gələcək.

Yığmamız ilk dueldə İspaniyaya məğlub olub - 16:18. Xatırladaq ki, ölkəmiz avqustun 11-də başa çatacaq olimpiadaya 48 idmançı ilə qatılıb və yalnız hələlik cüdoçumuz Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

Xəbər xətti