II Liqada çıxış edən bir neçə klub AFFA prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, aşağı liqa təmsilçiləri federasiya başçısından dəstək istəyib.
Onlar II Liqaya ayrılan maliyyə yardımının az olmasını bildirib, məbləğin artırılmasını xahiş ediblər.
Yarışmaçılar 50 min manatın illik fəaliyyətə kifayət etmədiyini faktlarla əsaslandırıb, dotasiyanın miqdarının iki dəfə artırılacağı təqdirdə, vəziyyətin nisbətən düzələcəyini məktubda xüsusi vurğulayıblar.
Növbəti mövsüm II Liqada iştirakçı sayı dəyişməyəcək. Yenə də 14 komanda çempionatda qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi