"Mançester Yunayted"dən ayrıldı, milliyə baş məşqçi təyin edildi

12:23 - 1 Avqust 2024

"Mançester Yunayted"in məşqçisi Stiv Maklaren millidə işləyəcək. 

Sportal.az xəbər verir ki, 63 yaşlı məşqçi Yamayka yığmasına baş məşqçi təyin edilib. 

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Maklaren daha əvvəl “Nyukasl”, “Tvente”, “Nottingem Forest”, “Derbi Kaunti”, “Mançester Yunayted” klublarında, həmçinin İngiltərə yığmasında çalışıb. 

Xəbər xətti