"Zirə" və "Qəbələ"də oynadı, İraq klubu ilə anlaşdı

11:49 - 7 Avqust 2024

“Qəbələ”dən ayrılan Ahmed Ayzaya Azərbaycana qayıtmayıb. Ona Premyer Liqa klublarından təklif olsa da, nigeriyalı futbolçu başqa ölkədə oynamağa qərar verib.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi İraqda oynayacaq.

O, bu ölkənin yüksək liqa təmsilçisi “Əl-Kuva” klubu ilə anlaşacaq.

İlk dəfə Azərbaycan klublarından “Zirə”yə keçən Ayzaya “Kəpəz” və “Qəbələ”də də çıxış edib.

Mirbağırağa

Xəbər xətti