Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Berkay Vardar Türkiyədə qalası olub.
Sportal.az xəbər verir ki, müdafiəçinin adı “Neftçi” ilə hallansa da, o, “Fatih Karagümrük”ə keçib.
21 yaşlı dayaq yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər birinci liqa klubuna məxsus olacaq.
Qeyd edək ki, Vardar U-17 və U-19 yığmalarımızda oynadıqdan sonra Türkiyənin U-21 yığmasından gələn təklifi qəbul etmişdi. Lakin AFFA onu yenidən Azərbaycanın əsas millisinə cəlb olunması üçün danışıq aparmışdı.
Mirbağırağa