Ermənistan millisinin müdafiəçisi Bakıya gələcək?

13:22 - 10 Avqust 2024

"Osiyek"in futbolçusu Styopa Mkrtçyanın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Zirə” ilə oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşib.

Sportal.az saytına verilən məlumata görə, Ermənistan millisinin üzvü özü də Bakıya gəlmək istəyindədir. Bu mənada, "Osiyek"in baş məşqçisi Federiko Koppitelli də kadr problemi olduğu üçün erməni müdafiəçinin xidmətindən Bakıda da istifadə etmək niyyətindədir.

Ermənistan millisinin üzvünün özü də "Osiyek"ə kömək olmaq üçün Bakıdakı cavab görüşündə də oynamağı planlaşdırır.

21 yaşlı mərkəz müdafiəçisi "Ararat-Armeniya",BKMA klublarında oynadıqdan sonra 2023-cü ildə "Osiyek"ə keçib. O Ermənistan millisində 18 matça çıxıb.

Qeyd edək ki, Styopa ilk görüşdə də "Zirə"yə qarşı oynamışdı. "Zirə" - "Osiyek" matçı avqustun 15-də keçiriləcək və 20:30-da başlayacaq.

Xəbər xətti