Ötən mövsümü Azərbaycan Birinci Liqasında "Zaqatala"da keçirmiş Stane Essono Belarusun yüksək liqasında yarışan "Dinamo"(Brest) klubuna keçdi. "Zaqatala"da oynayarkən Qabon millisinə də dəvət edilmiş Essono Sportal.az saytına açıqlama verib.
O, Belarus klubuna transferininin necə reallaşdığını açıqlayıb: "Qabonda idim və məxsus olduğum agentlikdən dedilər ki, "Dinamo"dan təklif var. Danışdıq və razılaşdıq. Mən də gəlib "Dinamo" ilə müqavilə imzaladım. "Zaqatala" ilə müqaviləm ötən ay başa çatmışdı. Ona görə də azad agent idim. “Dinamo”(Brest) ilə isə azad agent kimi müqavilə imzaladım".
Qabonlu futbolçu Azərbaycandakı karyerasının müsbət məqamlarını qeyd edib: "Zaqatala" və Azərbaycandakı karyeramı yaxşı dəyərləndirirəm. Oradakı personal mənim daha da inkişaf etməyim üçün kömək oldular. Azərbaycanda, “Zaqatala”da keçirdiyim vaxtdan çox razıyam. Qismən də onların sayəsində Qabon millisinə çağırıldım. Bütün bunlara görə Azərbaycandakı karyeramı yaxşı alındığını deyə bilərəm. Gələcəkdə yenidən Azərbaycana qayıdıb-qayıtmamaq isə zaman məsələsidir. Gələcək hər şeyi göstərəcək".
saytlarin hazirlanmasi