Millidəki karyerasını başa vurdu

11:18 - 15 Avqust 2024

"Əl-Nəsr"in futbolçusu Marselo Brozoviç millidəki karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu bir daha Xorvatiya yığmasının formasını geyinməyəcəyini özü bildirib.

Səudiyyə Ərəbistanınında legioner həyatı yaşayan 31 yaşlı futbolçu nəyə görə belə qərar verdiyini isə açıqlamayıb.

Brozoviç Xorvatiya millisinin heyətində 99 matçda meydana çıxıb və 7 qol vurub. 

Xəbər xətti