Belarusun "Dinamo" klubu avrokuboklarda ev oyunlarını Sumqayıtda keçirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Minsk təmsilçisi Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və belədə, artıq Konfrans Liqasının qruplarında oynayacağı dəqiqləşib.
UEFA icazə versə, “Dinamo” Avropa Liqası və ya Konfrans Liqasının oyunlarını “Mehdi Hüseynzadə” adına stadionda oynayacaq.
Qeyd edək ki, Avropa Liqasının pley-off seçmə mərhələsində "Dinamo" Belçikanın "Anderlext"i ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi