Sadio Mane "Əl-Nəsr"dən ayrılır

14:49 - 20 Avqust 2024

Seneqal millisinin kapitanı, "Əl-Nəsr"in üzvü Sadio Mane komandanı tərk etməyə hazırlaşır. 

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Mane mövsümün sonuna qədər icarə əsasında "Əl-İttihad"da oynayacaq. 

Ötən mövsüm "Bavariya"dan ayrılan Sadionun "Əl-Nəsr"də qalmaması öz istəyidir. "Əl-İttihad" onu heyətinə icarə əsasında keçəcək. 

32 yaşlı forvardın "Əl-Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti