Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" kluu ilə keçirdikləri ilk oyunu (2:3) şərh edərkən hakimlikdən narazı qalıb.
Sportal.az xəbər verir ki, Buruk cavab oyununa azərbaycanlı hakimin təyin olunmasını təklif edib:
"Oyun İsveçrənin Almaniya kantonunda baş tutub və oraya Almaniyadan olan hakim təyin olunur. Bu yanlış qərardır. Bu hakimlik məni narahat etdi. Bizə lazımsız kartlar göstərdilər. Çempionlar Liqasının cavab oyununda azərbaycanlı hakim gözləyirik. Azərbaycandan türkcə bilən hakim təyin etsələr, buna sevinərik”.