"Turan Tovuz"un bu yay yollarını ayırdığı Bruno Qonçalveş ölkəsinə qayıdıb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu B seriyasında mübarizə aparan və ölkənin tanınmış klublarından olan "Quarani" ilə anlaşıb.
Yüksək liqaya çıxmağa iddialı olan klubun Bruno ilə müqavilə 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Vila Nova", "Aroka", "Leykşoeş" komandalarında oynadıqdan sonra ötən yay "Turan Tovuz"a keçmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi