Kiprin “Omoniya” klubuunun futbolçusu Velko Simiç bu gün Nikosiyada Konfrans Liqasının pley-off mərhələsinin “Zirə”yə qarşı keçiriləcək ilk oyunu haqda danışıb.
Sportal.az xəbər verir ki, “omonoianews.com”a danışan Simiç görüşdən gözləntilərini bölüşüb:
"Bu gün keyfiyyətli rəqib gözləyirəm. Qarşıda bizi çətin oyun gözləyir. Amma mən qəti şəkildə inanıram ki, öz oyunumuzu oynasaq, uğurlu nəticə qazanacağıq. Müsbət nəticə üçün nə etmək lazımdır? İndiyə qədər etdiyimiz kimi oynamağa davam etməliyik. Müdafiədə inamlı oynayıb, hücumda yaradıcı və dinamik olmaq lazımdır. Bu gün stadionun tam dolacağını gözləyirəm. Bu da bizə turnirin əsas mərhələsinə keçməyinə kömək ola bilər".
Komandalar arasında GSP stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi