"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino zədə səbəbindən komandanın bir neçə matçını buraxan Lionel Messinin vəziyyəti ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, “AS” nəşrinə danışan Martino argentinalının tezliklə geri qayıdacağını bildirib. Argentinalı həmyerlisinin durumu ilə bağlı bunları deyib:
"Messi artıq topla çalışmalara başlayıb. Onun qayıtması an məsələsidir. Messinin tezliklə meydanlara qayıdacağına ümid edirik".
Qeyd edək ki, “İnter” 26 turdan sonra 56 xalla liderdir.
saytlarin hazirlanmasi