Portuqaliyanın "Porto" klubu heyətini Türkiyəəsilli forvardla gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya klubu "Hammarbü"dən Dəniz Gülü heyətinə qatıb.
20 yaşlı forvard 2029-cu i iyunun 30-na qədər "Porto"ya məxsus olacaq.
İsveçin U-20 yığmasının hücumçusu Türkiyə Futbol Federasiyasının da maraq dairəsindədir. Ona Türkiyənin əsas yığmasında oynamaq təklifi edilib.
Qeyd edək ki, 2022-ci ildə "Hammürbü"nün əsas komandasında debüt etmiş Gül iki il ərzində 44 oyun keçirib və 17 qol vurub.
saytlarin hazirlanmasi