"Qalatasaray" və "Fənərbaxça"nın təklifini geri çevirən Serxio Ramos Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Sevilya"dan ayrılan təcrübəli müdafiəçi "Əl-Oruba"ya keçə bilər.
Hazırda ərəblər onu transfer etmək üçün danışıqlar aparır.
Bu komanda yüksək liqaya yeni vəsiqə qazanıb.
Ramosun yaxın günlərdə Səudiyyə Ərəbistanına yollanacağı gözlənilir.
saytlarin hazirlanmasi