Azərbaycan çempionunun baş məşqçisi Çempionlar Liqası haqda: "Minifutbolumuz üçün ən yaxşısını edəcəyik"

14:59 - 1 Sentyabr 2024

"Bir aydır ki, hazırlaşırıq. Hər şey yaxşı gedir. Yoxlama görüşü də keçirmişik. Komandamız Çempionlar Liqasına hazırdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında minifutbol üzrə Azərbaycan çempionu "Birbaşa Bakı"nın baş məşqçisi Mitu Dan Mariuş deyib.

Ölkəmizi Polşanın paytaxtı Varşavada keçiriləcək Çempionlar Liqasında təmsil edəcək komandamızın çalışdırıcısı məqsədlərindən də söz açıb:

"Mənim məqsədim hər zaman yüksək olub. Çempionlar Liqasına hazırlaşırıq. Mümkün olan nəticəni qazanmaq niyyətindəyik. Yaxşı nəticə istəyirik. Məncə, qrupumuzda "Brno" yaxşı komandadır. Çexiyada minifutbol səviyyəsi çox yaxşıdır. "Livorno" isə son mövsümdə o qədər yaxşı deyildi. Amma məncə, bu mövsüm daha da yaxşı olacaqlar. "Malaqa" haqda da məlumatımız var. Onlar iki ildir ki, İspaniyada çempionluq yaşayırlar. Qrupda asan komanda yoxdur. Amma hər üç oyunda da qalib gəlməyə çalışacağıq. 

Azərbaycan millisi Avropa çempionu olub. Təbii ki, "Birbaşa Bakı"nın ÇL-i qazanmasına çalışacağıq. Azərbaycana mümkün kubokları gətirmək niyyətindəyik. Hamı bilir ki, millimiz yaxşıdır. Klublarımız da həmçinin. İnanıram ki, "AZNur" da yaxşı oyun, nəticə göstərəcək. Minifutbolumuz üçün ən yaxşısını edəcəyik".

Qeyd edək ki, “Birbaşa Bakı” E qrupunda “Brno”(Çexiya), “Livorno” (İtaliya), “Malaqa” (İspaniya) komandaları ilə görüşəcək. Çempionlar Liqasının oyunları sentyabrın 5-də Polşanın Varşava şəhərində start götürəcək.

Mirbağırağa

Xəbər xətti