Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" klubu vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın baş məşqçisi Dan-Mitu Mariuş Sportal.az saytına açıqlama verib:
"Çox çətin turnir idi. Komandamız ən çətin qrupa düşmüşdü. Biz birinci pilləni tuta bildik. Bir az da bəxtimiz gətirdi. Bəxt önəmli amildir. Bir oyunun penaltilərlə udduq. Penalti zərbələrinə öncədən hazırlaşmışdıq. Elmar penaltilərdə qapıda idi. Ona rəqiblərin hansı tərəfə vuracağına qədər hazırlaşmışdıq. Təbii ki, bəxt də bizə kömək etdi. Oyun ərzində “Brno”dan yaxşı oynadıq, yaxşı performans göstərdi. Çempionlar Liqasında qalib olmaq bizim haqqımız idi. Ümumilikdə komandamız yaxşı oynadı. Bu turniri qalib gəlmək haqqımız idi. Orada ən layiqli komanda biz idik.Hələlik 2 gün istirahətimiz var. Ondan sonra yerli çempionatın hazırlıqlarına başlayacağıq".
Rumıniyalı məşqçi minifutbol üzrə Çempionlar Liqasında hegemonluğun addımının ötən ildən atıldığını deyib: "Keçən ildən Çempionlar Liqasında Azərbaycan klubları hegemonluq yaratmağa başlamışdı. Keçən il “Zirə” üçüncü yeri tutmuşdu. Biz də orada iştirak etdik. Bu dəfə də çempion olduq. Rumıniya və digər klublar Azərbaycan təmsilçilərindən qorxmağa başlamalıdır. “Birbaşa Bakı”nı dünya minifutbol xəritəsinə daxil edəcəyik. Növbəti ildə də bu turniri qazanmağa çalışacağıq".
Mirbağırağa