AVRO-2025-in seçmə mərhələsində Azərbaycan(U-21) yığması ilə Bakıda keçirilmiş oyundan (2:0) sonra Serbiyanın U-21 yığmasının məşqçilər korpusu milli komandamızın baş məşqçisi Fernandu Santuşla görüşüb.
Sportal.az Serbiya Futbol Federasiyasına istinadən xəbər verir ki, Serbiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi Lyubinko Druloviç futbolçu vaxtında “Porto”da (1998-2001) Fernandu Santuşla işləyib.
Görüşdə Santuş qonaqları gözəl oyun və qələbə münasibəti ilə təbrik edib. Serbiya millisinin məşqçilər korpusunun üzvləri də öz növbəsində Azərbaycan yığmasının çalışdırıcısına Millətlər Liqasının qarşıdakı oyunlarında uğurlar arzulayıblar.
Mirbağırağa
saytlarin hazirlanmasi