"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sosial şəbəkələrdən istifadə etməyi sevmədiyini etiraf edib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məsələ haqda bu cür danışıb:
"WhatsApp"da oyunçularla söhbət aparıram? Xeyr, mənim heç "WhatsApp"ım da yoxdur. Mən sosial şəbəkələri, elektron məktubları, "WhatsApp"ı və ümumilikdə bu kimi şeyləri sevmirəm. Mənim yalnız bir telefonum var. "TikTok"da, tvitterdə, digər sosial şəbəkələrdə də də yoxam. Bunların heç birində yoxam! Sadə telefon və mesajlar: hamısı budur. Lentimi vərəqləmək üçün vaxtımı itirim? Yox, yox, yox!”.
saytlarin hazirlanmasi