Millidə Fernandu Santuşun köməkçisi təyin oluna bilərdi - baş tutmadı

14:34 - 17 Sentyabr 2024

"Zirə"nin futbol akademiyasının rəhbəri, "Zirə-2"nin baş məşqçisi Zaur Həşimovun Fernandu Santuşun A millidə köməkçisi təyin olunacağı gözlənilirdi.

Sportal.az saytına verilən məlumata görə, Həşimovun milliyə təyinatı baş tutmayacaq.

Belə ki, danışıqlar aparılsa da, sonda yığmamızın veteran futbolçusunun milliyə gedişi baş tutmayıb.

Buna baxmayaraq, AFFA Fernandu Santuş üçün yerli köməkçi məşqçi axtarışındadır. 

Zaur Həşimov "Zirə"dəki fəaliyyətinə davam edəcək.

Xəbər xətti