UEFA klublarımızı cəzalandırıb.
Sportal.az xəbər verir ki, "Qarabağ" 28,500 avro cərimələnib. Avropa Konfrans Liqasının təsnifat mərhələsində çıxış etmiş "Zirə" isə xəbərdarlıq olunub
"Qarabağ" Bolqarıstanda "Ludoqorets"lə görüşdə (2:7) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.
Ağdam təmsilçisi "Dinamo"(Zaqreb) ilə Bakıdakı (0:2) görüşdə isə daha çox ziyana düşüb. Azərbaycan çempionu "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro ziyana düşüb.
"Zirə"nin Konfrans Liqasının üçüncü turundakı rəqibi "Osiyek"ə isə həmin görüşdə yaşanan olaylara görə xəbərdarlıq alıb.
saytlarin hazirlanmasi