Romano Qurban Qurbanovdan paylaşım etdi - FOTO

11:34 - 27 Sentyabr 2024

Dünən "Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsinin "Tottenhem"lə ilk matçı (0:3) təyin edilən vaxtdan gec start götürdü.

Sportal.az xəbər verir ki, məşhur futbol insayderi Fabrisio Romano sosial şəbəkə hesablarında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun bu səbəbdən çox əsəbləşdiyini qeyd edib və onun məsələ ilə bağlı fikirlərini bölüşüb:

"2 saat yarımdan çox tıxacda qaldığınızı təsəvvür edin. Bu, baş verməməliydi. Bizi stadiona qədər müşayiət edəcək polislər də yox idi. Rəqibimiz güclü komandadır. Stadiona çatan kimi matça başlayacağımızı söylədilər. Lazımi qədər hazır deyildik. Futbolda belə məsələlər olmamalıdır".

Matç Bakı vaxtilə 23:35-də start götürdü. Lakin öncədən 23:00-da başlanacağı nəzərdə tutulmuşdu.

Xəbər xətti