Azərbaycan UEFA reytinqində gerilədi

12:24 - 27 Sentyabr 2024

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Sportal.az xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalına töhfə verə bilməyib.

Hazırda 27-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

26-cı olan Rumıniya da Azərbaycanla eyni əmsala malikdir. 28-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.

Xəbər xətti