Almaniyanın “Dinamo” (Berlin) klubunun rəsmi saytı komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşovu ad günü münasibəti ilə təbrik edib, karyerası haqda yazıb.
Sportal.az xəbər verir ki, almanlar millimizin sabiq forvardı barədə bunları qeyd edib:
"Azərbaycan millisində oynamaq Dadaşov üçün irəliyə doğru böyük addım idi. 2018-ci ilin yayında Şimal-Şərqi Regional Liqasının bombardiri və Berlin kubokunun qalibi “Dinamo”dan ayrılaraq “Proyssen”ə keçmişdi..
Gələcəkdə onun arzusu gerçəkləşdi və bunun ardınca Millətlər Liqasının, Avropa çempionatının təsnifat mərhələsində çıxış etdi. “Proyssen”də təxminən il yarımdan sonra 2020-ci ilin əvvəlində ABŞ-a köçdü və ölkənin 2-ci Liqasında çıxış edən “Finiks Razinq”lə müqavilə imzaladı. Orada o, qol vurma qabiliyyətini də təsirli şəkildə nümayiş etdirdi, 29 oyunda 15 qol vurmuşdu.
2021-ci ilin avqustunda nəhayət Almaniyaya qayıtdı və “Şalke”nin U-23 komandasına qoşuldu. Bir neçə ay sonra Rüfətə hətta 2-ci Bundesliqada debüt etmək şansı da verilmişdi".
2023-cü ilin yayında Dadaşov "Dinamo"ya qayıdıb. Onun uyğunlaşması çox çəkmədi. Onun hazırkı statistikası 36 matçda 17 qoldur”.