Almaniya millisinin Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina və Niderland komandaları ilə görüşlər üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Yulian Naqelsmann millinin toplanışına aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Oliver Baumann (“Hoffenhaym”), Yanis Blasviç (“Zalsburq”, Avstriya), Aleksander Nübel (“Ştutqart”);
Müdafiəçilər: Valdemar Anton, Maksimilian Mittelştat (hər ikisi “Ştutqart”), Benjamin Henriks, David Raum (“Leyptsiq”), Coşua Kimmix (“Bavariya”), Robin Kox (“Ayntraxt”), Antonio Rüdiger (“Real”, İspaniya), Niko Şlotterbek (“Borussiya”, Dortmund), Conatan Tah (“Bayer", Leverkuzen”);
Yarımmüdafiəçilər: Robert Endrix, Florian Virts (hər ikisi “Bayer”, Leverkuzen), Kris Fyurix (“Ştutqart”), Paskal Qros (“Brayton”, İngiltərə), Camal Musiala (“Bavariya”), Angelo Stiller (“Ştutqart”);
Hücumçular: Serj Qnabri (“Bavariya”), Kay Haverts (“Arsenal”, İngiltərə), Tim Kleindienst (“Borussiya”, Münhenqladbax), Deniz Undav (“Ştutqart”)
Qeyd edək ki, Bundestim oktyabrın 11-də Bosniya və Herseqovina, oktyabrın 14-də isə Niderlandla üz-üzə gələcək.
saytlarin hazirlanmasi