İki qol vurdu, millinin yeni bombardiri oldu

10:34 - 11 Oktyabr 2024

Norveç millisinin yeni bombardiri bəlli olub.

Sportal.az xəbər verir ki, Erlinq Haaland millidə növbəti qollarını vurub.

O, UEFA Millətlər Liqasında Sloveniya ilə matçda fərqlənib. Haaland dubl edərək yığmadakı qollarının sayını 34-ə çatdırıb və millinin yeni bombardiri olub.

Bundan əvvəlki rekordçu 33 qolla Yurgen Yuve idi.

Xəbər xətti