Biri zəiflik göstərdiyinə görə cəzalandı, o birisi qabalığına görə yox! - Fernandu Santuşun ikili standartları 

22:29 - 15 Oktyabr 2024

Millimizin İsveçlə ev oyunundakı penalti hadisəsi barədə çox danışıldı. Ramil Şeydayevin topu Emin Mahmudovun əlindən alması, penaltini qola çevirə bilməməsi azarkeşləri hiddətləndirdi. 

Yığmanın baş məşqçisi Fernandu Santuş buna görə Emin Mahmudovdan kapitanlıq sarğısını aldı. Təcrübəli futbolçunu zəiflik göstərməkdə qınadı. Maraqlıdır ki, epizodun digər iştirakçısı, daha böyük günah sahibi olan Ramil Şeydayev "sudan quru çıxdı". 

Sportal.az saytının təsisçisi Emin Abbasov bu məsələyə münasibət bildirib. O, millimizin baş məşqçisini birtərəfli qərar verməkdə qınayıb. 

Xəbər xətti