"Roma"nın və Yunanıstan millisinin sabiq müdafiəçisi Konstantinos Manolas ölkəsinə qayıdıb.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu üçüncü liqada yarışan “Panaksiakos”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi Yunanıstan klubuna azad agent kimi keçib.
Manolasın son komandası “Salernitana” idi. Bundan əvvəl isə AEK, “Olimpiakos”, “Napoli”, “Şarja” komandalarında oynayıb.
saytlarin hazirlanmasi