"Məqsədimiz uğurlu nəticələr qazanmaqdır. İlk oyunumuza səfərdə "Şəki"yə qarşı keçirəcəyik".
Sportal.az xəbər verir ki, bunu “Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov ABL-in ilk turu çərçivəsində "Şəki"yə qarşı keçiriləcək görüş öncəsi deyib.
"Çalışdığımız qədərilə mövsümə yaxşı hazırlaşmışıq. Təbii ki, mövsümə hazırıq. Heyətimiz komplekləşib. İstənilən oyunda biz sona qədər mübarizə aparacağıq. Liqamızda asan rəqib yoxdur. Buna baxmayaraq, "Şəki" ilə görüşdə də qalibiyyət üçün çıxacağıq. Komandama inanıram. Yaxşı kollektivimiz var. Ümidvaram ki, istədiyimiz nəticəni qazanaraq liqaya qələbə ilə start verəcəyik".
Qeyd edək ki, "Şəki" - "Quba" oyunu bu gün saat 14:00-da başlayacaq.
saytlarin hazirlanmasi