Avropa çempionatı: U-19 yığmamız seçmə mərhələdə son oyununa çıxır

12:34 - 2 Dekabr 2024

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz meydan sahibi Kipr yığması ilə üz-üzə gələcək.

Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunacaq qarşılaşmanı ukraynalı baş hakim idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

2 dekabr

13:00. Azərbaycan (U-19 Qadınlar) – Kipr (U-19 Qadınlar)

Baş hakim: Kristina Kozoroh (Ukrayna)

Baş hakimin köməkçiləri: Iryna Chaika (Ukrayna), Ann-Sofie Träskman (Finlandiya)

Dördüncü hakim: Ifeoma Kulmala (Finlandiya)

Peyia Municipal stadionu

Xəbər xətti