Transfer çalışmalarını davam etdirən “Neftçi” FKSB-nin futbolçusu ilə maraqlanır.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” həftəiçi Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB görüşü üçün Bakıya gəlmiş və həmin görüşə sonradan meydana daxil olmuş Daniel Popanı transfer etmək istəyir.
Artıq tərəflər arasında danışıqlara start verilib. “Neftçi” əsas mərkəz hücumçusu kimi məhz Popaya etimad göstərmək istəyir.
Əgər maliyyə şərtlərində razılıq əldə olunarsa, Popa “transfer pəncərəsi”nin sonuna qədər “Neftçi”yə keçəcək və karyerasına Bakı klubunda davam edəcək. 29 yaşlı hücumçu karyerası ərzində “Kindiya”, “Dinamo”(Buxarest), “Botoşani”, “Tedjon Xana”(Cənubi Koreya), “Universitatya Kluj” komandalarında oynayıb.
saytlarin hazirlanmasi