"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimlə problemlər yaşayan Markus Reşfordun yeni klubu müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, ingiltərəli vinger ölkəni tərk etməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Reşford "Aston Villa" ilə anlaşıb. Futbolçu Birmingem təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Klub 27 yaşlı ön xətt oyunçusunun icarəyə götürülməsi ilə bağlı "Mançester Yunayted"lə də razılığa gəlib. "Aston Villa" 40 milyon funt-sterlinq ödəməklə Reşfordu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinə də dəvət alan futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi